Gündəlik məzənnə

15 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycanda bu qədər vəkil var


Azərbaycanda bu qədər vəkil var
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycanda bu qədər vəkil var

Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Kollegiyanın mətbuat xidmətindən Xeberoxu.Az-a bildirilib ki, öncə Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Vəkil Marşı səsləndirilib.

Tədbirdə çıxış edən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da artan nüfuzundan danışıb, yaxın günlərdə qəbul edilən Mülki Prosessual Məcəlləyə dəyişiklikləri müsbət qiymətləndirib.

Bildirilib ki, 2018-ci ildən Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı 11 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş 4594 namizəddən 1357 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib.

A.Bağırov qeyd edib ki, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 46 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar: “Beləliklə, vəkillərin sayı 2 min 334 nəfərə çatıb. Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 32 nəfəri kişi, 14 nəfəri isə qadındır. Vəkillərdən 3 nəfəri regionlarda, 43 nəfəri isə Bakıda fəaliyyət göstərəcək. Namizədlərdən 1998-ci il təvəllüdlü Mirzəmmədova Gülzadə İlham qızı ən gənc vəkilimizdir”.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Azərbaycan vəkilliyinin şərəfli tarixi yolu keçdiyini deyib: “Anar Bağırovun Vəkillər Kollegiyasına sədrliyi dövründə Azərbaycanda vəkillik peşəsi Ulu Öndər Heydər Əliyevin arzu etdiyi uğurlara imza atıb. Bu gün Prezident İlham Əliyev vəkillərin ən böyük dostu, dəstəkçisidir. Azərbaycan vəkilliyi bu gün sərbəst və azaddır. Əgər Azərbaycan gənci vəkil olmaq istəyirsə, deməli bu peşənin nüfuzu vardır”.

B.Məhərrəmov Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlığa, eyni zamanda, vəkilliyin inkişafına verdiyi töhfələrə görə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilib.
Vəkilliyə namizədlər çıxış edib, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildiriblər.

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilib, vəkilliyə namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.
Tədbirin ikinci hissəsində fəaliyyətləri dövrlərində fərqlənən və həmçinin yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif olunub.
  • Etiketlər

Son Xəbərlər