Gündəlik məzənnə

27 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Kamran Əliyev Şabranda qəbul keçirəcək


Kamran Əliyev Şabranda qəbul keçirəcək
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Kamran Əliyev Şabranda qəbul keçirəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev sentyabrın 1-də saat 10:00-da Şabran rayon prokurorluğunun inzibati binasında Şabran, Siyəzən və Xızı rayon sakinləri ilə görüşəcək.

Xeberoxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şabran rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Qeyd edilib ki, vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, *contact@prosecutor.gov.az* elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Son Xəbərlər