Gündəlik məzənnə

19 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

BDU-da Anarın 85 illik yubileyinə elmi konfrans keçiriləcək


BDU-da Anarın 85 illik yubileyinə elmi konfrans keçiriləcək
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

BDU-da Anarın 85 illik yubileyinə elmi konfrans keçiriləcək

Bakı Dövlət Universitetində “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Xeberoxu.Az
xəbər verir ki, bu barədə Universitetin Mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin 4-5 dekabr tarixlərində Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Konfransda müasir oxucu, onun tipologiyası, informasiya tələbatının ödənilməsi sistemi, mütaliə vərdişlərinin formalaşmasına təsir edən amillər araşdırılacaq. İnformasiya mədəniyyətinin əsas missiyası, mütaliə prosesinin davamlılığı, oxucu məmnunluğunun meyarları kimi aktual istiqamətlər elmi müstəvidə tədqiq ediləcəkdir.

Konfransda sənəd və informasiya menecmenti, informasiya logistikası, mütaliə mədəniyyəti, kitabşünaslıq, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, redaktəetmə, kitab sənayesi, müəlliflik hüququ və əlaqəli hüquqlar kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Konfransda iştirak etmək üçün tezisləri 4 sentyabr – 6 noyabr tarixlərində anarrzayevkonfrans@gmail.com ünvanına göndərmək lazımdır. 

Konfransa göndərilən materiallar antiplagiat proqramı ilə yoxlanılacaq və çap olunacaqdır.

Son Xəbərlər