Gündəlik məzənnə

19 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri bu institutda təcrübə keçəcəklər


Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri bu institutda təcrübə keçəcəklər
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri bu institutda təcrübə keçəcəklər

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının IV kurs tələbələri ilə görüş keçirilib.

İnstitutdan Xeberoxu.Az-a bildirilib ki, görüşdə Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova çıxış edərək əvvəlcə institutda Big Data, informasiya təhlükəsizliyi, süni intellekt, bulud texnologiyaları, rəqəmsal transformasiyalar və s. prioritet istiqamətlərdə aparılan elmi tədqiqatlar haqqında məlumat verib. O, institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparıldığını, bu sahə üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirildiyini bildirib.

M.Səidova hazırda həm dünyada, həm də ölkəmizdə informasiya texnologiyaları üzrə yüksəkixtisaslı kadrlara böyük tələbatın yarandığını qeyd edərək tələbələri bu istiqamətdə institutun təcrübəsindən faydalanmağa, burada aparılan tədqiqatlarla yaxından tanış olmağa çağırıb.

Qeyd edək ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının riyaziyyat və kompüter elmləri ixtisası üzrə təhsil alan IV kurs tələbələri İnformasiya Texnologiyaları İnstitutunun müvafiq şöbələrində istehsalat təcrübəsi keçəcəklər. İstehsalat təcrübəsi sentyabrın 12-dək davam edəcək.

Son Xəbərlər