Gündəlik məzənnə

22 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Dəmir yumruq" hər an yerindədir!- Müzəffər Azərbaycan Ordusu


"Dəmir yumruq" hər an yerindədir!- Müzəffər Azərbaycan Ordusu
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Dəmir yumruq" hər an yerindədir!- Müzəffər Azərbaycan Ordusu

Vətən müharibəsində qazandığımız Zəfər cənab Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı. Dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Bu şanlı Qələbəni, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində əldə etdik.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra, siyasətinin əsas qayəsini dövlət quruculuğu, iqtisadi rifah və işğal olunmuş torpaqlarımızın azad olunması təşkil etmişdir. Məhz  Ulu Öndərin titanik  fəaliyyəti sayəsində 44 günlük Zəfər savaşının iqtisadi, elmi- intellektual və beynəlxalq hüquqi əsasları formalaşmışdır.  Ulu Öndərimizin ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər bu gün öz tarixi təsdiqini tapmaqdadır. Prezident İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan Azərbaycan Ordusunun dünyanın ən qüdrətli və güclü orduları sırasında yer almasını təmin etdi. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.
Azərbaycan Ordusu bu gün nəinki Cənubi Qafqaz regionunda, eləcə də dünyada ən güclü ordular sırasındadır. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsinə şərait yaradıb. Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verir. Həyata keçirilən hərbi təlimlər nümayiş etdirir ki, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır, Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir.
Bu illər ərzində Silahlı Qüvvələrimiz bir çox sınaqlardan keçdi, lakin 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ Müharibəsi ordumuzun əsl gücünü, imkanlarını, peşəkarlıq səviyyəsini ortaya qoydu. 

Müstəqil Azərbaycan dövlətinin ordusunun yaradılması, sağlam ideya və təməl üzərində formalaşdırılması, şərəfli tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün nəticəsi olan müasir ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 30 il ərzində aparılan nəticəsiz danışıqlar müddətində ən böyük diqqət ordu quruculuğu prosesinə, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsinə, peşəkar kadr potensialının formalaşdırılmasına, müasir hərbi texnikaların alınmasına, struktur islahatlarına yönəldildi. Vətəninə, dövlətinə bağlılığı ilə seçilən çox güclü Silahlı Qüvvələr formalaşdırıldı. Bu prosesin məntiqi sonluğunu bütün dünya 44 günlük Vətən müharibəsində gördü. 30 il ərzində qurulan müdafiə xətləri çox qısa zamanda aşılaraq düşmənə sarsıdıcı zərbələr endirildi. Hərbi baxımdan ən çətin sayılan dağlıq ərazilərdə peşəkar hərbi əməliyyatlar təşkil olundu. Yüzlərlə yaşayış məntəqəmiz bir-birinin ardınca işğaldan azad edilərək Azərbaycanın, Qarabağın incisi sayılan Şuşaya yol açıldı. Qəhrəman hərbçilərimizin həyata keçirdiyi Şuşanın azad edilməsi əməliyyatı isə dünyanın müxtəlif hərb məktəblərinin dərsliklərinə salınıb, tədris edilir. Vətən müharibəsinin ilk saatlarından son anına qədər Silahlı Qüvvələrimizin heç bir mənsubu döyüş mövqelərindən bir addım da geri çəkilmədilər. Halbuki, darmadağın edilən “məğlubedilməz erməni ordusu”nda on bir mindən artıq fərarinin olduğunu İrəvanın özündə də etiraf etmək məcburiyyətində qaldılar. İkinci Qarabağ müharibəsi zamanı şanlı Ordumuzun dillərə dastan olan Zəfər salnaməsi xalqımızın Silahlı Qüvvələrinə, Ali Baş Komandana inam və sevgisini daha da artırdı.
Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsinin artırılmasında qardaş Türkiyənin özünəməxsus rolu var. Bu gün Azərbaycanı ordusunun maddi-texniki bazasının formalaşdırılmasında Türkiyə müdafiə sənayesinin imkanlarından geniş istifadə edilir. Dünyanın ən güclü orduları sırasında 10-cu, NATO-da isə 2-ci olan Türkiyə Silahlı Qüvvələri ilə birgə çoxsaylı hərbi təlimlər keçirilir, təcrübə mübadiləsi aparılır. Tək bir faktı qeyd etmək kifayətdir. Bu il iki ölkənin ordularının iştirakı ilə 16 hərbi təlimin keçirilməsi planlaşdırılır. Hazırda Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusunun təcrübəsi və modeli əsasında yenidən qurulur. Yeni komando birlikləri yaradılır, xüsusi təyinatlı birləşmələrin sayı artırılır, institusional və struktur islahatları dərinləşdirilir. Dünyanın ən müasir hərb sənayesinə malik olan strateji müttəfiqimiz İsraillə müdafiə sahəsində əlaqələr daha da dərinləşdirilir, ordumuzun ehtiyacı olan və müasir çağırışlara cavab verən ən müasir hərbi texnikaların alışı həyata keçirilir. Vətən müharibəsində mənəvi və siyasi dəstəyini əsirgəməyən müsəlman dünyasında yeganə nüvə dövləti adını qazanmış Pakistanla da hərbi-texniki əməkdaşlıq imkanları genişləndirilir.

Azərbaycan Ordusu qısa zaman ərzində böyük inkişaf yolu keçib. Azərbaycan Silahlı Qüvvələri ona görə tez bir zamanda tam formalaşdı və inkişaf etdi ki, onun təməlini ulu öndər Heydər Əliyev çox dahiyanə və uzaqgörənliklə qoymuşdur. Ona görə ki, cənab İlham Əliyev birinci prezidentlik dövrünün ilk günlərindən başlayaraq ordunun inkişafına və döyüş qabiliyyətinin artırılmasına böyük diqqət göstərir.

Qüdrətli Azərbaycan Ordusunun olması hər bir Azərbaycan vətəndaşının arzusu idi. Artıq bu arzu deyil, reallıqdır! Bu gün ordumuzun qarşısında duran əsas vəzifə odur ki, Ali Baş Komandan əmr verərsə, torpaqlarımız müharibə yolu ilə işğaldan azad edilsin! Həm ordumuzun bugünkü vəziyyəti, həm də tədbirimizdəki zabitlərin gətirdikləri faktlar göstərir ki, Azərbaycan Silahlı Qüvvələri tarixi vəzifənin öhdəsindən gəlməyə tam hazırdır! Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir! Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir!

Yaşasın Azərbaycan Ordusu!

Fərahim Rəhimzadə
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi 

Son Xəbərlər