Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Şuşa yer üzünün cənnətidir": Lalə Mənəfova yazır...


"Şuşa yer üzünün cənnətidir": Lalə Mənəfova yazır...
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Şuşa yer üzünün cənnətidir": Lalə Mənəfova yazır...

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Lalə Mənəfova ATGTİ tərəfindən təşkil olunan "Şuşa jurnalist tələbələrin gözü ilə" layihəsində iştirak edib.

O, təəsüratlarını bizimlə də bölüşüb:

Ta uşaqlığımızdan dərsliklərdən Qarabağ torpaqları haqqında oxuyur, nənə- babalarımızın dilindən eşidirdik. Şuşanı isə ayrı bir sevinclə, qürur hissi ilə təsvir edirdilər. Əksər uşaq kimi mənə də bu sehrli torpaqlar çox maraqlı gəlirdi, oraları görmək, sanki duymaq istəyirdim. Zaman keçdi və rəşadətli Azərbaycan əsgərinin sayəsində bu anı yaşamaq mənə də nəsib oldu. Şuşaya ilk səfərim könüllü kimi  ekoaksiya vaxtı olub.  Növbəti dəfə isə " Şuşa jurnalist tələbələrin gözü ilə " layihəsi zamanı  Şuşada qonaq oldum. Layihə də  təkcə yerli tələbələr deyil, həmçinin xarici tələbələrə- fransız, türk, yapon tələbələrə Qarabağın tarixi və mədəni inkişafı haqqında məlumatlar verilib. Əcnəbi tələbələr də bizim kimi əzəli torpaqlarımızla tanış olur, Qarabağ həqiqətlərini öyrənirdilər. Bu işdə isə bizə isə təşkilat tərəfindən təşkil olunmuş bələdçilər kömək edirdilər. 

Layihə zamanı Şuşanı- Yer üzünün cənnətini qarış- qarış gəzdim, torpağı qoxladım, suyunu içdim. Xan qızı Natavan bulağı, İgidlər oylağı Cıdır düzü, Şuşa qalası və Vaqifin məqbərəsini ziyarət etdik. Gördüyüm hər şeyi birdə unutmamaq üçün beynimə həkk etməyə çalışırdım. Dağıdılmış abidələr, evlər, infrastrukturları gördükdə üzülür, yenidənqurma işləri isə məni ruhlandırırdı. Sıldırım qayalarda, dağlarda igidlərimizin döyüşlərini təsvir edir, onlarla bir daha qürur duyurdum.

Şuşa Azərbaycanın cənnətidir. Şuşa Qarabağın mədəniyyət beşiyidir. Sonsuz şükürlər olsun ki, biz bu tarixi torpaqlara yenidən qovuşduq. Biz Şuşaya qayıtdıq. Sevindirici haldır ki, 28 ildən sonra bu torpaqlarda  təmir- bərpa işləri gedir, abadlaşdırılır və Şuşa turizm şəhərinə çevrilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Sonda isə Allahdan qazilərimizə şəfa, Şəhidlərimizə isə rəhmət diləyirəm.

Son Xəbərlər