Gündəlik məzənnə

21 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Anar Quliyev Cəlilabad sakinlərini qəbul edib


Anar Quliyev Cəlilabad sakinlərini qəbul edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Anar Quliyev Cəlilabad sakinlərini qəbul edib

Rayonlar üzrə daxil olan müraciətlərin dinlənilməsi və aidiyyəti üzrə həllini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cəlilabad şəhərində vətəndaşları qəbul edib.

Xeberoxu.Az
-ın məlumatına görə, qəbuldan öncə rayonda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla anılıb.

Qəbul zamanı vətəndaşların əsasən qeyri-yaşayış obyektlərinin layihələndirilməsi ilə bağlı suallarını cavablandırılıb, həmin obyektlərin tikintisinin planlı və şəhərsalma qanunvericiliyinin tələbləri çərçivəsində aparılmasının vacibliyi bildirilib.

Həmçinin görüş zamanı sakinlər tərəfindən qaldırılan digər müraciətlər də qeydə alınıb, həlli üçün zəruri tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Son Xəbərlər