Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bahar Muradova Tərtər sakinlərinin müraciətlərini dinləyib


Bahar Muradova Tərtər sakinlərinin müraciətlərini dinləyib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bahar Muradova Tərtər sakinlərinin müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sentyabrın 13-də Tərtər rayonunda vətəndaşları qəbul edib.

Xeberoxu.Az 
müxbiri xəbər verir ki, qəbuldan əvvəl komitə sədri Bahar Muradova və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsini ehtiramla anıblar.

Rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Tərtər və Bərdə rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən uşaqların təhsili, işlə təmin olunma, uşaqla ünsiyyət, əlilliyin təyin olunması, müalicəyə köməkliyin göstərilməsi və digər məsələlərlə bağlı olub.
Komitənin aidiyyəti struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda qurumun fəaliyyət istiqamətlərinə uyğun müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, aidiyyəti şöbələrin icraatına göndərilib.

Son Xəbərlər