Gündəlik məzənnə

9 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Balakənin yeddi kəndinin bələdiyyə sədrləri barədə protokollar tərtib olunub


Balakənin yeddi kəndinin bələdiyyə sədrləri barədə protokollar tərtib olunub
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Balakənin yeddi kəndinin bələdiyyə sədrləri barədə protokollar tərtib olunub

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib.

Xeberoxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə mə umat verilib.

Məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Gərəkli, Kortala, İtitala, Tülü, Talalar, Mahamalar və Püştətala kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Faktlarla bağlı adları qeyd olunan kəndlərin bələdiyyə sədrləri barədə İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Son Xəbərlər