Gündəlik məzənnə

27 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Giləzi-Xızı yolunu sel bağlayıb


Giləzi-Xızı yolunu sel bağlayıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Giləzi-Xızı yolunu sel bağlayıb

Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar var.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.

AZƏRBAYCAN DÖVLƏT İNFORMASİYA AGENTLİYİ(AZƏRTAC)

Son Xəbərlər