Binəqədiyə qazın verilişi dayandırılacaq!
Payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayonu, A.Zeynallı küçəsində 3 siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində 1 siyirtmənin quraşdırılması ilə əlaqədar bu gün saat 10:00-da qaz təchizatı dayandırılacaq.
“Azəriqaz”dan Xeberoxu.Az-a bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu, M.S.Ordubadi, M.Aslanov, M.Füzuli və A.Zeynallı küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.