Gündəlik məzənnə

27 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Yeni iş yerlərində gənclərə üstünlük verilməlidir": DEPUTAT


"Yeni iş yerlərində gənclərə üstünlük verilməlidir": DEPUTAT
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Yeni iş yerlərində gənclərə üstünlük verilməlidir": DEPUTAT

Gənclərin işlə təmin olunması və bu sahə ilə bağlı olan problemlər qlobal məsələdir. Azərbaycanla bağlı deyil, hökümətlərin qarşısında qoyulan məsələdir.

Bu fikirləri Xeberoxu.Az-a Milli Məclisin Gənclər və İdman siyasəti komitəsinin üzvü, millət vəkili Vüqar İskəndərov gənclərin işsizlik problemi mövzusunda danışarkən deyib.

Milli Məclisin deputatı V.İskəndərov bildirib ki, müasir dünyanın sürətli inkişafı insan əməyinin rolunu azaltmağa səbəb olub.

"Dövrümüz sürətlə inkişaf edir, hər şey dəyişir. Qloballaşma gedir və hazırkı, inkişafda insan əməyinin rolu azalmağa başlayır. Bu gün  dünyada 8 milyarddan çox insan var. Əhalinin sürətli artımı da bu prosesə təsirsiz ötüşmür".

Parlamentin üzvü hesab edir ki, gənclər çox vaxt peşə seçimində ciddi səhvlərə yol verirlər.

"Gənclər çox vaxt peşə seçimində səhvlərə yol verirlər. Nə olur olsun ali məktəbə qəbul olum, ixtisaslara baxmırlar, gələcəkdə hansı ixtisasın trend olub-olmuyacağını düşünmürlər. Bunların hamısı əvvəlcədən ölçüb-biçilmədir. Bu prosesdə gənclər diqqətli olmalıdırlar. Ölkənin əsas məqsədlərindən biri, yeni iş yerlərinin açılması, gənclərə böyük önəm verilməsidir".

Deputat V.İskəndərov onu da əlavə edib ki, Azərbaycan dünyada nadir dövlətlərdən biridir ki, gəncliyə bu qədər önəm verir.
"Gənclərlə bağlı nazirlik, fond, təşkilat, yüzlərlə qurumlar, yeni şöbələr yaradılır. Azərbaycan gəncləri xüsusi ilə Vətən müharibəsində öz əzimini, qətiyyətini, mübarizələrini göstərdilər. Onlar bu gün vətənə sevgilərini ortuya qoyurlar, bütün dünyaya nümunə olurlar. Yeni iş yerləri yaradıldıqca gənclərə üstünlük verilməlidir. Gənclər də həmin iş yerlərində təcrübələrini artırmalı, yaxşı mütəxəssis kimi formalaṣmaq, yaşamaq üçün dövlər qarşısında əlindən gələni etməlidirlər",-deyə o qeyd edib.

Zahra Cəfərova
Xeberoxu.Az

Son Xəbərlər