Gündəlik məzənnə

26 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"5 ildən bir rektorların fəaliyyətinə baxılmasına ciddi ehtiyac var": DEPUTAT


"5 ildən bir rektorların fəaliyyətinə baxılmasına ciddi ehtiyac var": DEPUTAT
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"5 ildən bir rektorların fəaliyyətinə baxılmasına ciddi ehtiyac var": DEPUTAT

Cənab prezidentin 2018-ci ildə bu məsələ ilə bağlı fərmanı olub. Bu gün 5 ildən artıq fəaliyyət göstərən rektorlar var. Hesab edirəm ki, 5 ildən bir rektorların fəaliyyətinə baxılmasına ciddi ehtiyac var. Bu təyinatın ya yenilənməsi, ya da əgər işini doğrultmursa, həmin şəxsin vəzifədən uzaqlaşdırılması ilə bağlı məsələlərə  baxmalıyıq. Bununla bağlı qərarlar qəbul edilməlidir. Əlbəttə, bir şəxs uzun müddət yəni 20-30 il eyni vəzifədə işlədikdə, bu onun iş keyfiyyətinə ciddi şəkildə təsir göstərir. Düşünürəm ki, bunun təhsilimizə də mənfi təsiri var. Yəni bir şəxs uzun illər rektor kimi fəaliyyət göstərdikdə, bu həm də onda müəyyən bir arxayınlıq yaradır. Düşünürəm ki, işin keyfiyyətinə təsirsiz ötüşmür. Ona görə də bu məsələnin icrası önəmlidir. Azərbaycanda rektorların fəaliyyətinə yenidən baxılmasına ehtiyac var. Heç də bütün rektorlar onlara olan inamı, etibarı doğrultmurlar. Bəzi universitetlər inkişaf edir, bəzi universitetlər isə ciddi tənəzzül yaşayır. Bu bilavasitə bizim rektorların fəaliyyətindən asılıdır.

Xeberoxu.Az
xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a ali təhsil müəssisələrinin rektorlarının fəaliyyəti haqqında danışanda bildirib.

Millət vəkili C.Məmmədovun sözlərinə görə, dünya təcrübəsindən rektorları seçkilər vasitəsi ilə seçirlər. 

"Bəzi ölkələrdə isə seçkidən sonra ölkə rəhbərinin sərəncamı, yaxud fərmanı ilə həmin şəxsin vəzifəyə təyin olınması məsələsi həyata keçirilir. Hesab edirəm ki, burada önəmli məsələlər fərmanın icra olunmasıdır. Bununla bağlı aidiyyatı qurumlar, müvafiq mərkəzlər, icra hakimiyyətləri addımlar atmalıdırlar ki, biz fərmanın tam icrasını təmin edək və yerinə yetirə bilək”,- deyə parlamentin üzvü qeyd edib.

Son Xəbərlər