Azərbaycanda yeni tədris ili başlayır
Bu gün ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.
Xeberoxu.Az-ın məlumatına görə, 2023/2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.
135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Bundan başqa, 114 484 uşaq məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçası) gedəcək.