Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

BDU-nun iki saylı tədris binası açılışa hazırdır


BDU-nun iki saylı tədris binası açılışa hazırdır
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

BDU-nun iki saylı tədris binası açılışa hazırdır

Cari ilin fevral ayında əsaslı təmirə bağlanan Bakı Dövlət Universitetinin iki saylı tədris binası açılışa hazırdır.

Universitetin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva Xeberoxu.Az-a bildirib ki, ali təhsil ocağının iki saylı korpusunda təmir işləri başa çatmaq üzrədir.

"Binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənib. Geniş auditoriyalar proyektor, kondisioner və mebellərlə təzhiz olunub. Qazanxana və drenaj sistemi yenilənib.
Korpusda təhsilalanların dərsdənkənar və asudə vaxtlarının keçirilməsi üçün də xüsusi şərait yaradılıb. Korpusun həyətində xüsusi abadlıq işləri həyata keçirilib.
Ən müasir standartlara cavab verən korpus yeni tədris ilindən müəllim və tələbələrin ixtiyarına veriləcək. Əsaslı təmir işləri mərhələli şəkildə BDU-nun digər tədris korpuslarında da davam etdiriləcək.",-deyə o qeyd edib.

Xeberoxu.Az

Son Xəbərlər