Bu gün Bilik Günüdür
Bu gün Azərbaycanda Bilik günü qeyd olunur.
Xeberoxu.Az-ın məlumatına görə, 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilib.
15 sentyabr hər il ölkəmizdə Bilik Günü kimi qeyd olunur.