Emin Əmrullayev imtahanda yüksək nəticə göstərən müəllim ilə görüşüb
Dünən elm və təhsil naziri Emin Əmrullayev Zaqataladaya gedib.
Xeberoxu.Az-ın məlumatına görə, nazir sertifikasiya imtahanında möhtəşəm nəticə göstərmiş Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Südabə Qazıyeva ilə görüşərək onu təbrik edib.
Ölkə üzrə ən yüksək nəticə əldə edən müəllimlərdən biri olan Südabə Qazıyeva Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anasıdır.