Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Müəllimlər imtahan verir - Fotolar


Müəllimlər imtahan verir - Fotolar
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Müəllimlər imtahan verir - Fotolar

Bu gün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər test imtahanı mərhələsinə cəlb olunublar.

Xeberoxu.Az  xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi tərəfindən  sertifikatlaşdırma ilə bağlı 161 nömrəli tam orta məktəbdə təşkil olunan mediatur zamanı nazir müavini Həsən Həsənli deyib.

Nazir müavini bildirib ki, bu günə qədər 40 mindən artıq müəllim sertifikasiya prosesindən uğurla keçib:

“Ölkə üzrə 13 şəhər olmaqla 22 imtahan mərkəzində təşkil olunan test imtahanlarının ilk seansında 1 172 müəllim iştirak edib. Qeyd edim ki, “Ümumi təhsil haqqında” Qanununda edilmiş dəyişikliyə əsasən pedaqoji staj tələbi 5 ildən 3 ilə endirilib, eyni zamanda 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırılma prosesində iştirakı könüllü şəkildə olunub”.

Son Xəbərlər