Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

SDU-nun yeni rektoru kimdir?: DOSYE


SDU-nun yeni rektoru kimdir?: DOSYE
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

SDU-nun yeni rektoru kimdir?: DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Xeberoxu.Az Sumqayıt Dövlət Universitetinin yeni rektoru Rüfət Əzizovun tərcümeyi-halını təqdim edir.

Rüfət Eyvaz oğlu Əzizov əslən Masallı rayonunundandır. O, 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunub və oranı 2003-cü ildə bitirib. 2017-ci ildə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Kimya elmləri üzrə fəlsəfə doktorudur.

Rüfət Əzizov 2005-2011-ci illərdə "BP Exploration LTD" şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanıb, material-korroziya mühəndisi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışıb. 2014/2016-cı illərdə ADA və Maastrixt Universitetlərinin birgə MBA proqramını və 2018/2020-ci illərdə isə Oksford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi proqramını bitirib.

Müxtəlif illərdə IJSO, ISEF və digər beynəlxalq elm yarışmalarında münsif olaraq iştirak edib. 2005-2011-ci illərdə BP Exploration LTD-də, 2012-ci ildən isə “Unimetal” MMC-də çalışıb.

O, 2021-ci ildə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Son Xəbərlər