Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Əgər bütün insanlar günahsız olsaydı onda bütün bəşəriyyət peyğəmbərlərdən, imamlardan ibarət olardı": Vüqar Əhməd yazır...


"Əgər bütün insanlar günahsız olsaydı onda bütün bəşəriyyət peyğəmbərlərdən, imamlardan ibarət olardı": Vüqar Əhməd yazır...
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Əgər bütün insanlar günahsız olsaydı onda bütün bəşəriyyət peyğəmbərlərdən, imamlardan ibarət olardı": Vüqar Əhməd yazır...

Şair, ədəbiyyatşünas, alim Vüqar Əhməd yeni hekayəsi ilə oxucuların görüşünə gəlib.

Xeberoxu.Az
-ın məlumatına görə, ədibin yeni hekayəsi "Xoşbəxt" adını daşıyır.

Hekayəni təqdim edirik:

                   XOŞBƏXT

                   (HEKAYƏ)



Gülbalanın  yaşı  qırxı üçü  keçmişdi.  İyirmi  beş yaşından bu yana,  yəni on səkkiz il idi ki,  Nəriman Nərimanovun Azərbaycanın siyasi-ictimai mühitindəki  fəaliyyəti ilə  bağlı  namizədlik müdafiə  eləmək istəyirdi, bu günki dillə desək fəlsəfə doktorluğu lakin  komissiyadan  keçə bilmirdi. Əslində mövzu  o qədər də ağır mövzu deyildi, tədqiqat  obyekti Nəriman  Nərimanovun artıq XX əsrin əvvəllərindən Azərbaycan xalqı qarşısında    göstərdiyi  xidmətləri,   1917-ci  ildə  çar Rusiyası məmurlarının, o cümlədən menşevik libası geyinmiş ermənilərin Nargin adasındakı türk əsirlərə verdikləri insanlığa sığmayan işgəncələrini Azərbaycan xalqı qarşısında bəyan etməyi, özünün buraxdığı “Hümmət” qəzetində bu haqda geniş və ətraflı məqalə yazmağı,  türk əsirlərin xilası üçün el atası Hacı Zeynalabdin Tağıyevlə, eyni zamanda Bakının Şeyxül-İslamı Ağa Əlizadə,  onlardan əlavə Bakının müsəlman əhalisi arasında onlarla nüfizlu insanlarla   birlikdə əlindən gələni əsirgəməməyi,  türk  əsirlərə hər cürə yardım göstərməkdən ötrü Bakının bütün müsəlman əhalisini ayağa qaldırması, Azərbaycanda Şura hökuməti qurulandan sonra isə Azərbacanın məhşur generalları Səmədbəy Mehmandarovu, Əliağa Şıxlınskini,  Xosrov  bəy Sultanovu, o cümlədən Hacı Zeynalabdin Tağıyevi, Azərbaycanın böyük bəstəkarı Üzeyir  bəy Hacıbəylini ölümün pəncəsindən xilas etməyi, bundan əlavə də Dağlıq Qarabağın Ermənistana verilməsinin qarşısını almağı, ümumiyyətlə ruslar və ermənilər tərəfindən Azərbaycanın parçalanmasının qətiyyətli addımlarla qarşısını almağı və bir sıra  başqa xidmətləri  haqqında idi.  
  Gülbala  orta məktəbdə fərli oxumamışdı. Lakin zərgər atasının rüşvətxor müəllimlərə verdiyi ianələr sayəsində orta məktəbi dörd  və beş qiymətlərlə bitirmişdi. Daşı belə əzib quma döndərən pul Gülbala orta məktəbi bitirəndən sonra da öz işini gördü. Atası külli miqdarda pul verib “atanın gül balasını”  Universitetlərdən birində  tarix fakültəsinə saldı. 
  Gülbala  universitetdə oxuduğu zaman bahalı kostyumlar, parıltılı çəkmələr geyinər,  qoluna qızıl saat taxar,  dərs vaxtı tez-tez sağa-sola nəzər salar,  qəşəng qızların diqqətini özünə çəkmək istəyər, tənəffüs zamanı isə dəhlizdə  ədalı yerişlərlə,  bufetdə cəmisi bir manatlıq yemək alanda belə cibindən ən azı iyirmi dənə yüzlük çıxarıb ətrafa nümayiş etdirər,  eyni  zamanda ən azı 50 min qiyməti olan avtomobili ilə hər kəsdən fərqlənmək istəyirdi. 
Lakin nə  qədər bəzənsə-düzənsə də, milyoner atanın oğlu olduğunu reklam eləsə  də,  heç bəxti gətirmirdi. Nəinki qəşəng qızlar, heç qəşəng olmayan  qızlar da ona məhəl qoymurdular.   Güzgü  qarşısında  dayanarkən özünü qətiyyən eybəcər hesab eləməyən Gülbalanı istər tələbə yoldaşları, istərsə də başqaları “İdbar” adlandırırdılar, lakin təbii ki, onun bundan xəbəri yox idi. Onu ən çox narahat edən isə qızların ona məhəl qoymaması idi. 
Amma qızlar ona məhəl qoymasalar  da, pulu həyatlarından çox sevən bəzi müəllimlər   diqqət yetirirdilər. Onun  xoşa gəlməyən görkəmindən iyrənsələr də bunu qətiyyən biruzə vermirdilər. Çünki   zaçot  və imtahanlarda bu  milyoner balasını  yaxşıca soyurdular. 
  Gülbala isə səbrli idi,  bir gün quş olub uçacağına inanırdı. 
  Lakin bütün bunlarla yanaşı Gülbalanı  tam mənfi adam kimi  də qiymətləndirmək düz olmazdı. O,  onunla bir kursda təhsil alan Qarabağ müharibəsində bir qıçını itirmiş Şahbala  adlı  bir qaziyə dərin iltifat göstərir,  çox zaman onu  öz maşını ilə dərsdən sonra evlərinə aparır,  demək olar ki, hər gün tənəffüs zamanı bufetdə onu ləzzətli yeməklərə qonaq edirdi. Bundan əlavə  onlarla bir kursda  təhsil alan Şərqiyyə  adlı bir qızın qardaşı Qarabağ savaşında şəhid  olanda bu acı xəbəri eşidən kimi iri bir avtobus tutaraq kursun bütün  tələbələrini yığıb Cəlilabada aparmış,  şəhidin  dəfn mərasimində canla-başla iştirak etmiş,  şəklini bağrına basıb ağlamış, eyni zamanda onun şəklini  Cəlilabaddakı şəhidlər xiyabanına qədər əllərində aparmışdı. Gülbala  hüzür mərasimi zamanı şəhidin valideynlərinə pul da təklif eləmişdi, lakin on doqquz yaşlı gənc öladlarını itirmiş ata-ana bunu qəbul eləməmişdi. 
  Bir  sözlə Gülbalanı tam mənfi insan adlandırmaq günah olardı, lakin əfsuslar olsun ki, bəşər övladının əksəriyyəti xətalardan xali deyil,  əgər bütün insanlar günahsız, səvhsiz olsaydı, onda bütün bəşəriyyət peyğəmbərlərdən, imamlardan ibarət olardı. 
  Gülbalanın əllərinin pulla oynaması isə onun atası Gülağanın təkcə zərgərliyi ilə bitmirdi. Azərbaycan müstəqilliyinə qovuşandan sonra zərgər Gülağa  əlində olan imkandan istifadə eləyib əvvəlcə super-market, sonra restoran, daha sonra isə otel açmışdı.  Bütün bunlar isə ona xeyli gəlir gətirirdi. O  da təkcə varisi- oğlu Gülbalanın xoşbəxt olması üçün əlindən gələni əsirgəmirdi. Nakotikdən, əyyaşlığdan, qumarbazlığdan uzaq Gülbala isə savadı kifayət qədər olmasa da alim olmaq istəyirdi və atası da onun məhz alim olması üçün imkanı daxilində heç bir şey əsirgəmirdi.  Belə ki, ona ayrıca bir çörək sexi də bağışlamışdı. Məsələ burasında idi ki, bu çörək sexi Gülbalaya günə ən azı min manat gəlir  gətirirdi və elə bu da kifayət edirdi ki, o, cibindən dəst-dəst pul çıxarıb tay-tuşlarının yanında lovğalansın. 
  Nə  isə... Uzun sözün qısası pulu konfet kağızı hesab eləyən Gülbala acgöz müəllimlərə pul paylaya-paylaya universiteti bitirdi. Lakin ali məktəb diplomu ona yetmirdi. Magistaturaya daxil oldu, oranı bitirəndən sonra doktoranturaya sənəd verdi. Bundan sonra fəlsəfə doktoru adı almaq üçün ona Doktor Nərimanovun Azərbaycan xalqı qarşısında ictimai-siyasi fəaliyyəti haqqında movzu verdilər. Lakin məhz burda Gülbala ilişdi. Çünki artıq Gülağanın milyonları heç bir işə yaramırdı. Zatən Gülbalanın elmi rəhbəri yaşı artıq yetmişi haqlamış Səfiəddin İsmayıl olduqca sərt adam idi.  Hələ sovetlər dövründə Bakı Dövlət Universitetində dərs deyərkən, hamının Stepan Şaumyanı təriflədiyi zamanlarda o, bu bolşevik donuna girmiş  şeytanın Azərbaycan xalqına elədiyi pislikləri, 1918-ci ildə daşnak-bolşevik neofaşist hərbi birləşmələrinə başçılıq edərək Bakıda otuz min, Şamaxıda iyirmi min, Qubada iyirmi beş min, Kürdəmirdə, Göyçayda, Səlyanda, Lənkəranda on minlərlə günahsız, silahsız insanın, hamilə qadınların, körpə uşaqların, qocaların  ən vəhi üsullarla qətlə yetirtdiyini,  o cümlədən  Azərbaycanı daşnak-bolşevik neofaşist hərbi birləşmələrindən xilas eləməyə gəlmiş Qafqaz İslam Ordusunun qarşısına göndərdiyi on səkkiz minlik bolşevik ordusu Göyçay yaxınlığında Qaraməryəm deyilən vadidə Qafqaz İslam Ordusu əsgərlərinə məğlub olandan sonra Bakı şəhərinin dörd yüz milyon qızıl pul dəyərində olan sərvətini Sevan gəmisinə yığaraq ailəsini, eyni zamanda erməni komissarlar Amiryan qardaşlarını, Ter-Qabreelyanı, Kaçenyanı, Mikoyanı da gəmiyə mindirərək əvvəlcə İrana, ordan da Hindistana qaçmağını kimsədən qorxub-çəkinmədən tələbələrinə bəyan etmiş, buna görə dəfələrlə təzyiqlərə məruz qalmış,  lakin əzmkarlığı, qətiyyəti ilə sözünün üstündə durmuş, Şaumyanın cinayətkar olduğunu Leninqrad arxivlərindən gətirdiyi sənədlərə istinadən subuta yetirmiş  və  şaumyanpərəstlərin ağzını qıfıllamışdı. 
  Gülbalanın həm elmi rəhbəri, həm də elmi dərəcə verməkdən ötrü toplanan komissiyanın sədri Professor Səfiəddin İsmayıl hər üç ildən bir olaraq düz beş dəfə Gülbalanın dissertasiyasını  qəbul etməmiş, onun  elmi dərəcə almağına imkan verməmiş,  əliboş  geri qaytarmışdı. 
  İndi  isə, yəni daha üç il keçəndən sonra nəhayət ki, Gülbalanın alim olmaq ümidi xeyli artmışdı, çünki Səfiəddin İsmayıl bu yaxında ürək tutmasından rəhmətə getmişdi. Gülbala  mərhum “ustad”ının adından saxta rəy düzəldib pulu gücü ilə müdafiə elədi. Sənədlərini Ali Attestasiyaya diplom almaq üçün təqdim elətdirdi. Komissiyanın sədri akademik Maqsud  Məlikzadə təyin olunmuşdu. Gülbala Səfiyəddin İsmayılın ölümünə sevinmişdi, o sədr təyin olunmuş Maqsud Məlikzadənin  də xarakterinə bələd deyildi, buna görə nə qədər ümidlənsə də diplom həyəcanı onu pərişan edirdi. 
  Amma məhşur müğənni  həm də millət vəkili Zübeydə Yavər qızının Gülağanın atası tanışıığını biləndən sonra xeyli sakitləşdi. Gülağa çox çətinliklə olsa da Zübeydə xanımla telefon əlaqəsi saxlaya bildi,  Zübeydə xanım da öz növbəsində söz verdi ki, mütləq Maqsud Məlikzadə ilə danışacaq. 
  Bir gündən sonra Zübeydə xanım Gülağaya zəng vurdu və dedi ki, Gülbalanın bu on səkkiz il müddətində nələr çəkdiyini Maqsud Məlikzadəyə anladıb. O da vəd verib ki, mütləq bu işə bir əncam çəkəcək. 
  Gülağa Maqsud Məlikzadənin kabinetinə girəndə professorun başı aşağı idi, nəsə yazırdı. Gülağa udquna-udquna özünü təqdim edəndən sonra ona tərəf baxmadan sağ əliylə ona oturmağı təklif elədi  və bir neçə saniyə sonra başını qaldırıb onun üzünə baxdı, baxan kimi də sanki onu zəhərli gürzə çaldı, əcaib bir cin görürmüş kimi gözləri kəlləsinə çıxdı, bütün bədəni əsdi, əvvəl səsi çıxmasa da, sonra var gücü ilə bağırdı:
-Rədd ol burdan! Cəhənnəm ol! 
Özünü itirib şaşqın bir vəziyyətə düşən Gülbalanın rənginin meyit kimi ağardığının fərqinə varmadan kətildən qalxıb əvvəlkindəndən də möhkəm səslə bağırdı:
-Eşitmədin, cəhənnəm ol burdan!  Allah sənə lənət  eləsin! 
Gülağa dili topuq vura-vura zorla dilləndi:
-Məni Zübeydə  xanım  göndərib. 
Masud Məlikzadə titrəyə-titrəyə ona tərəf yeridi:
Çıx, çıx.
Gülbala suyu süzülə-süzülə kabinetdən çıxdı  və dəhlizdəki bədənnüma güzgünün qarşısında dayanıb sakit  səslə dilləndi:
-Mən bu insanlara neyləmişəm görəsən?! 
  Bir  qədər  sonra  Gülbala güzgüdən aralanıb mobil  telefonla  atasına zəng vurdu, Gülağa məsələdən hali olan kimi səsini ucaltdı:
-Ay bala, ay Gülbala,  mən  sənə nə qədər deyim, alim olmaq sənin nəyinə lazım?!  Pulun, evin-eşiyin, maşının. Alimlik sənə nə verəcək?!  Bəsdi daha mən  də təngə gəldim. 
  Gülağa  bunu deyib  aparatı  qapatdı. Gülbala telefonu cibinə qoyub  pillələrlə düşdü və binadan çıxıb o biri səkinin kənarında saxladığı maşınına tərəf getdi,  burdan maşınlar gur keçdiyi üçün yolu çətinliklə keçdi  və avtomobilinə yaxınlaşarkən başına ağ araxçın qoymuş, əyninə göy ləbbadə geinmiş bir molla gözünə dəydi. Mollanın üzündə  elə bir ifadə var  idi ki,  sanki  alçaq dağları o yaratmışdı.  Molla  Gülbalanın yanından ötərkən ona özündən asılı olmayaraq ani nəzər salıb üz-gözünü turşutdu, sonra üzünü başqa səmtə çevirib yavaşca dilləndi:
-Lənətullah! 
Molla bu sözü nə  qədər yavaş desə də qulaqları pişik qulaqları kimi həssas olan Gülbala bunu eşitdi və əlində maşınının açarı iti addımlarla mollaya yaxınlaşdı:
-Molla əmi, olmaya mənə lənət oxuyursan?! 
  Molla yenə ani olaraq ona nəzər saldı, dərhal üz-gözü bir az da əyildi və başqa səmtə baxaraq dilləndi:
-Yox, yox.. 
Gülbalanı görəndən sonra özünü o qədər yaxşı hiss eləməyən din xadimi “yox-yox”  sözünü elə ifadə elədi ki, “x”  hərflərini yedi, buna görə də yox-yox əvəzinə, yo-yo alındı. Gülbalaya isə elə gəldi ki, onsuz da erkək, sifəti kök pişiklərə bənzəyən molla miyo-miyo dedi. Odur ki, addımlarını yeyinlədib ağır cüssəsinə uyğun gəlməyən iti addımlarla qaçan mollanın bərabərinə çatıb onun qolundan yapışdı:
-Bura bax, miyo-miyo, belə molla əmi mən  sənə nə yamanlıq eləmişəm ki, məni lənətləyirsən?
Molla onun üzünə baxmadan başını buladı:
-Mən səni lənətləmədim oğlum. Şeytana lənət oxuyurdum. Birdə ki, mən molla deyiləm, axundam. 
Gülbala maşının açarını şalvarının cibinə qoyub, pencəyinin qoltuq cibindən bir dəst pul çıxartdı və ordan bir əllilik seçib mollaya uzatdı:
-Deməli ali ruhani mədrəsəsini bitirmisən hə, axund müəllim. 
Molla yenə onun üzünə baxmadan əlliliyi alıb cibinə qoydu:
-Hə, oranı bitirmişəm. 
  Gülbala  pul dəstindən bir əllilik də ayırıb onun ləbbadəsinin cibinə basdı:
-Deyirsən ki, şeytana lənət oxuyurdun, hə?
Molla ona baxmadan gülümsədi:
-Hə, əlbəttə! 
Gülbala pul dəstindən bir əllilik də götürüb ona uzatdı:
-Axund müəllim, bir üzümə bax, gör mən doğurdan da eybəcərəmmi?
Molla əlliliyi alıb cibinə qoydu və zorla da olsa Gülbalanın üzünə baxıb ağlamsındı:
-Yox, nə danışırsan, sən lap dünya gözəlisən. Mən ömrümdə bu cür yaraşıqlı oğlan görməmişəm. Hüsnünə  baxdıqca doymaq olmur. 
Bu yerdə Gülbala da ağlamsındı:
-Bəs onda niyə bu insanların məndən zəhləsi gedir, mən onlara neyləmişəm ki?!
Molla ağlamsına-ağlamsına özünü gülümsəməyə məcbur etdi:
-Vay-vay.. Heç bu cür oğlanı da istəməzlər?! Yəqin onlar sənə paxıllıq eləyirlər oğlum. 
Gülbala ona bir əllilik də uzatdı:
-Hə, indi mənə çatdı ki, nəyə görə bu xalq məndən xoşlanmırmış. Çox sağ ol Axund müəllim, vaxt gələr yenə görüşərik. 
  Gülbala bunu deyib molladan uzaqlaşdı. Molla isə bir kənara çəkilib zülüm-zülüm ağlamağa başlayıb bir neçə dəfə eyni sözləri təkrar elədi:
-Heç bu cür yaraşıqlı oğlandan da iyrənərlər?! Axmaq adamlar!O ki, gözəllik mücəssəməsidi. 
  Gülbala  molladan ayrılıb maşınına tərəf getdi,  lakin bu vaxt bir qızın çığırtısı onun diqqətini çəkdi:
-Kömək eləyin, kömək eləyin, Allah xatirinə, nə olar, mənə kömək eləyin! 
Gülbala səs gələn tərəfə nəzər saldı. Nəhəng bir bəd it gənc bir qızı divara qısnamışdı,  iyrənc-iryənc hürürdü və yəqin ki, bir qədər də keçsəydi qızı parçalayacaqdı. Ətrafdakılar  isə qıza kömək eləməkdənsə, bəd köpəyin onları da dişləyəcəyindən qorxub  ordan bir az da uzaqlaşırdılar. Əslində bu dünyada heç nədən qorxmayan Gülbala ildırım sürətilə qaça-qaça maşınının yük yerini açıb ordan mantirovka götürdü və kölgədən də iti sürətlə özünü hadisə yerinə yetirdi, köpəyin yiyəsi saçlarını çiyninə tökmüş, qulaqlarında sırğa, şalvar əvəzinə balet oynayanların retuzundan geyinmiş, ağzı qulağının dibinə çatan, özü də cinsiyyəti və milliyəti bilinməyən bir gənc idi. Qorxudan gözləri hədəqəsindən çıxan yazıq qıza baxıb dişi pişiklər kimi hırıldayırdı. Gülbala ani olaraq ona nəzər salıb  dilləndi:
-Nəyə gülürsən alə, matişkə?
Sonra gözün tuta bilmədiyi bir şəkildə mantirovkanı qaldırıb artıq qıza diş atmaq istəyən itin təpəsinə endirmək istədi. Lakin buna ehtiyac olmadı, bəd köpək Gülbalanın sifətini görüncə pələng görmüş kimi zingildəyib  sürətlə qaçdı. Matişkə də canı itinin qaçdığını görüb, şarik, şarik,-deyərək onun arxasıyca götürüldü. 
  Gülbala onların arxasınca bir qədər nəzər salıb üzünü qıza çevirdi. Qızın rəngi meyit kimiydi, o çənə atırdı. Gülbala ətrafa göz yetirib köksünü ötürdü:
-Bu insanlar niyə belə xarab olublar görəsən?! Daha heç kimdə vicdan deyilən şey qalmayıb. 
O, bunu deyib hələ də tir-tir titrəyən qıza baxdı:
-Bərk qorxdun, hə?
Qız cavab verməyib başını tərpətdi. Gülbala yenə yardımını təklif etdi:
-Mən maşınlayam. İstəyirsən bu yaxınlıqda xəstəxana var, səni ora götürüm. 
Qız başını buladı və onun səsi zarıltıya bənzədi:
-Yox, mümkünsə məni evimizə götürün, yəqin anam bərk nigarandır. 
Gübala başını tərpətdi:
-Hə, əlbəttə!
  Maşına minəndən bir qədər sonra arxada oturan qız bir xeyli özünə gəlmişdi  və Gülbala ona sual vermədən sözə başladı:
-Bilmirəm sizə necə təşəkkür eləyim, siz olmasaydız indi yəqin o biri dünyadaydım. 
Gülbala güzdüdən qıza nəzər saldı:
-Sən o mütrübü tanıyırsan?
Qız çox ağıllı qız idi, odur ki, Gülbalanın kimi nəzərdə tutduğunu dərhal başa düşdü:
-Neçə vaxtdı arxamca düşüb, əl çəkmir ki, çəkmir. Mən bu yaxınlıqdakı kollecdə oxuyuram, artıq axırıncı kursdayam, hər gün dərsdən çıxanda qır-saqqız olub yapışır yaxamdan. Dünən dedi ki, əgər təklifimi qəbul eləməsən, üstünə bəd köpək gətirəcəyəm və dediyini də elədi. 
Gülbala qəzəblə dilləndi:
-Narahat olma, bundan sonra o sənin həndəvərinə belə yaxınlaşmayacaq, əgər yaxınlaşsa, onun saçlarını qırxıb başını keçəl eləyərəm. 
  Bayaqdan gənc bir qızı bəd köpəyin dişindən xilas etmək həyəcanı yaşayan Gülbala, yalnız indi, özü də  güzgüdən qızın qənirsiz  bir gözəl olduğunu duydu. Möcüzə isə burasında idi ki, qız Gülbaladan nəinki iyrənmirdi, əksinə ona bir qəhramana baxan kimi baxırdı. 
  Bundan sonra qızgilin evinə çatana qədər sükunət hökm sürdü. Qızgilin mənzilinin yaxınlığına yetişəndən sonra Gülbala maşından düşüb qız üçün qapını açdı. Qız maşından düşüb üzünü Gülbalaya tutdu:
-Mənim adım Jalədir. On səkkiz yaşım var. Bəs sizin adınız nədir?
Gülbala dərindən ah çəkdi:
-Gülbala. Mənim qırx üç yaşım var. 
Burda Jalənin səsi ney avazına bənzədi:
-Siz doğurdanda gül kimisiz. Qırx üç yaşınız var, amma mən sizə iyirmi yaş verdim. 
  Gülbala sağ barmaqlarıyla sol qolunu çimdiklədi. Yox, bu yuxu deyildi, gerçək idi. Lakin yenə də yuxuda olmadığına inanmaq üçün sağ əlinin dırnağı ilə sol əlinin üstünü cızdı, ağrını duyub qıza  üzünü tutdu:
-Sənin bu sözlərin məni ərşi-əlaya qaldırdı. İndiyə qədər solmuş gül idim, amma indi sanki anadan yenidən doğuldum. 
Gülbala bunu deyib udqundu:
-Jalə, mənim anamın gəlini olarsanmı?
Jalə sanki bunu gözləyirmiş kimi başını tərpətdi:
-Əlbəttə! Mən sənə, xilaskarıma çox borcluyam, artıq sənin hər sözün mənim üçün qanundur Gülbala. 
Gülbala hələ universitetdə təhsil alarkən bir gün quş olub uçacağına inanmışdı, indi isə onun xəyalı gerçəyə çevrilmişdi, o uçurdu, özü də qanadı olmadan sevda səmalarında pərvaz edirdi. Həm  də daha nəinki alim olmaq istəmirdi, alim olmadığına görə Allahına şükür edir  və düşünürdü ki, əgər professor Maqsud Məlikzadə bayaq onu kabinetindən qovmasaydı, bu dünya gözəlinə rast gəlməyəcəkdi,  cibi pulla oynasa da həyatı da qırx üç yaşına qədər keçdiyi kimi, üzüntü, sıxıntı içində keçəcəkdi. 
Jalənin valideynləri yeganə qızlarının quduz köpəyin dişindən xilas etmiş adama ərə getməyinə etiraz etmədilər, odur ki, elçilər, yəni Gülbalanın anası Xavər, xalası Dilarə olduqca şən halda, sevinə-sevinə geri döndülər.
Jalə ilə Gülbalanın toyuna əksəriyyəti Gülağanın üzündən mindən yuxarı qonaq gəlmişdi. Toyda ən məhşur musiqiçilər qonaqları əyləndirirdilər. Hər şey əla idi, lakin qonaqların əksəriyyətini narahat edən Jalə kimi gənc və qənirsiz bir gözəlin Gülağa kimi idbarla ailə qurmasına razılıq verməsi idi. Odur ki, qonaqların arasındakı  pıça-pıç qəfil qopan tufan uğultusu kimi əks-səda verirdi. Lakin Gülbala üçün bunun qəiyyən əhəmiyyəti yox idi, o dünya gözəli ilə evlənirdi, özü də qızın cəmisi on səkkiz yaşı var idi. O, çox xoşbəxt idi.  Gənc qız müğənni isə qəlblərə məlhəm səsi ilə oxuyurdu...

Son Xəbərlər