Gündəlik məzənnə

20 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Xankəndi qayıtdı Azərbaycana": Vüqar Əhməd yazır...


"Xankəndi qayıtdı Azərbaycana": Vüqar Əhməd yazır...
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Xankəndi qayıtdı Azərbaycana": Vüqar Əhməd yazır...

                ŞƏHİD ANASI

Kandarda oturub bir qəmgin ana,

Göz yaşı tökürdü o yana-yana,

Oğlu şəhid olmuş, boyanmış qana,

Şuşanı qaytarmış Azərbaycana.

Pıçıltıyla öz-özünə deyirdi,

Mənim balam qonşu qızı sevirdi,

Xəyalən qonşuya elçi gedirdi,

İndi mən neyləyim, gedim hayana?

Vətən torpağını qucdu şəhidim,

Ruhun da göylərə uçdu şəhidim,

Başqa bir dünyaya köçdü şəhidim,

Laçını qaytaraydı Azərbaycana.

Ana birdən dedi: - Vətən sağ olsun,

Dünya içrə bu üzümüz ağ olsun,

Qarabağ gülüstan, Cənnət bağ olsun,

Cəbrayıl qayıtdı Azərbaycana.

Dedim: - Ana, sil gözünün yaşını,

İgid əsgər anasısan, ay Ana,

Ağdamda ver ehsanını, aşını,

Füzuli qayıtdı Azərbaycana.

Millət çəkməyəcək daha xəcalət,

Qonşular etmişdi bizə xəyanət,

Behiştdə eyləyir oğlun səyahət,

Kəlbəcər qayıtdı Azərbaycana.

Qəhrəman şəhidin sənsən anası,

Oğlun qəlbimizin içi, parası,

Şəhidlər Vətənin əziz balası,

Qubadlı qayıtdı Azərbaycana.

30 ildi aşağıydı başımız,

İllər gəldi, yaş üstünə yaşımız,

Tapdanmışdı neçə məzar daşımız,

Zəngilan qayıtdı Azərbaycana.

Şəhidlər ölməzdir, ruhları bizlə,

Ey şəhid qardaşım, bizi də gözlə,

Vəsf edə bilmirəm sizləri sözlə,

Xocalı qayıtdı Azərbaycana.

Xonçada qalsa da, şəkər-noğulu,

Oğlun TÜRK oğludur, o Azər oğlu,

İlhamla döyüşüb qəhrəman oğlu,

Xankəndi qayıtdı Azərbaycana.

Bütün xalq ruhuna edir hörməti,

Şəhidlər bu xalqın zəngin sərvəti,

Oğlun kövrəltsə də, Vüqar Əhmədi,

Qarabağ qayıtdı Azərbaycana.                         

VÜQAR ƏHMƏD

Son Xəbərlər