Gündəlik məzənnə

17 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”- İcma sədri


"Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”- İcma sədri
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”- İcma sədri

“Deportasiya zamanı Ermənistan tərəfindən fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub”.

Xeberoxu.Az xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədə bildirib.

Ə.Əkbərlinin sözlərinə görə, 1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya öz amansızlığı və qəddarlığı ilə əvvəlkilərdən bir o qədər də fərqlənməyib:

“Ermənilərə xas eyni vəhşi üsul və metodlarla soydaşlarımız sonuncu nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovuldular. Bu prosesdə 200 nəfərdən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi, 400-dən çox insanımız bədən xəsarəti aldı. Azərbaycanlılar 300-ə yaxın yaşayış məntəqəsindən qovuldular və bu zaman onlara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vuruldu”.

QAİ sədri əlavə edib ki, Qərbi Azərbaycan qaçqınları ilə bağlı qanun qəbul edilməlidir.

Ə.Ələkbərli bildirib ki, Qaçqınların və Məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur:

“Bu Qanun 1999-cu il mayın 21-də ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb. Artıq bu gün məcburi köçkün anlayışı Azərbaycan üçün tarixin arxivinə basdırılır. Həm buna görə, həm də Qərbi Azərbaycana qayıdış konsepsiyasına uyğunlaşdırmaq baxımından qanuna yenidən baxılmalı, Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”.

Son Xəbərlər