Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Layiqli namizəd


Layiqli namizəd
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Layiqli namizəd

İlham Heydər oğlu Əliyev 24 dekabr 1961-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Öz elmi biliyi ilə hər zaman önə çıxan İlham Əliyev öz  ana dilimizdən əlavə ingilis, rus, fransız və türk dillərini də mükəmməl tərzdə bilir. Həmçinin, Ümummilli Liderimizin oğlu olaraq siyasi bilik və təcrübəni birbaşa dahi Liderdən  qazanaraq mükəmməl siyasi xadim olmuşdur.
İlham Əliyev 2003-cü il tarixindən dövlətimizin Prezidenti vəzifəsindədir. Və həmin tarixdən etibarən ölkəmizi Heydər Əliyevin siyasi yolu ilə davam etdirən prezidentimiz vətənimizi dünya tribunalarında layiqincə tanıtmış və dövlətimizin mənafeyini hər zaman yüksək tutmuşdur. Azərbaycanı mədəniyyət, humanitar, səhiyyə sahələrində inkişaf yoluna daxil etmiş, həmçinin, ölkədə elmə və gənclər siyasətinə də önəm verən dövlət başçımız hər zaman ölkə inkişafına  səbəb olacaq layihələri dəyərləndirmişdir. Dini mövzularda həssas olan Prezidentimiz ölkəmiz daxilində bütün insanlara tam sərbəst olaraq öz dinlərini yaşamaq hüququnu vermişdir. İqtisadi siyasət sahəsində dahi olan dövlət rəhbərimiz istənilən çıxışında ona ünvanlanan bütün suallara hər zaman gərəkən cavabı vermişdir. Buna misal olaraq İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına olan müsahibəsi zamanı Almaniya jurnalistinin gözlənilmədən "Qarabağ Azərbaycan üçün niyə belə önəmlidir?" sualına cavabı belə olmuşdur:
   Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir.
İlham Əliyev Ali Baş Komandan olaraq ordumuzun və hərbi arsenalımızın birbaşa rəhbəridir. Məhz, onun düzgün hərbi biliyi sayəsində 30 ilə yaxın işğal altında olan Qarabağ torpaqları qısa zaman ərzində azad olunmuşdur. Bu ölkə rəhbərinin dahi hərbi bacarığı sayəsində qazanılmış qələbə idi. 
Hazırda fevralın 7-si tarixində keçiriləcək prezident seçkilərində təbii olaraq seçimimiz İlham Əliyev olmalıdır. İlham Əliyev prezident olaraq hər zaman ölkəmizin inkişafı üçün çalışmışdır. Ən əsası isə torpaqlarımızı azad edərək şəhid olan qəhrəmanlarımızın qanını yerdə qoymayaraq düşmənə öz yerini bildirmişdir.  İlham Əliyev vətənimizi tam olaraq bizə qaytarmış yeganə şəxsdir. Seçimimiz ölkəmizin layiqli sərkərdəsi olan İlham Heydər oğlu Əliyevdir.

Məhəmməd Kərimov.

Son Xəbərlər