Gündəlik məzənnə

13 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ümumilli Liderimiz və Laiqli Davamçısı


Ümumilli Liderimiz və Laiqli Davamçısı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ümumilli Liderimiz və Laiqli Davamçısı

Azərbaycan xalqı tarix boyu olduğu kimi, son dövrlərdə də şanslı xalqlardan olmuşdur. Dövlətimizin yerləşdiyi coğrafi mövqe çox əlverişli olmaqla bir çox təbii sərvətlər ölkəmiz sərhədləri çərçivəsindədir. Amma, bunlar bizim şanslı olmağımıza dəlalət etmir. Şansımız güclü rəhbərlərimizdən qaynaqlanmaqdadır. Bir ölkənin coğrafi mövqeyi və ya təbii sərvətləri nə qədər mükəmməl olursa-olsun əgər düzgün rəhbəri yoxdursa, o ölkə dağılmağa və talan edilməyə məhkumdur. Fəqət, çox xoş hal var ki, bizim xalq daha bəxtəvərdir. Bunun yeganə səbəbi isə bizim həm dövlətimizi mükəmməl idarə edəcək rəhbərlərimizin olması yanında, həm də dövlətimizi dağılmaq təhlükəsindən xilas edən, yenidən quran və gücləndirən Ümumilli Liderimiz olmuş və işğal altında olan Qarabağımızı ilk dəfə xilas edən Ali Baş Komandanımız var.

Görkəmli Liderimiz olan Heydər Əliyev SSR dövlətində bir çox yüksək vəzifələrdə çalışmış, 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik komitəsinin sədri vəzifəsinə təyin olunaraq general-mayor rütbəsinə layiq görülmüşdür. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunmuşdur. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Heydər Əliyev dəyişən SSR rəhbərliyinin siyasi xəttinə öz etirazını bildirərək 1987-ci ildə bütün vəzifələrindən istefa etmişdir. Bütün sahib olduğu yüksək vəzifələrə baxmayaraq, Heydər Əliyev 1990-cı ilin 20 yanvar hadisələri zamanı Bakıda törədilən qanlı faciə ilə əlaqədar olaraq ilk olaraq xalqını düşünmüş və  Azərbaycanın Moskvadakı nümayəndəliyində çıxış edərək bu cinayətin səbəbkarlarının cəzalandırılmasını tələb etmiş, Qarabağda yaranmış vəziyyət ilə bağlı olaraq isə SSR rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyasını tərk etmişdir. Bu davranış Heydər Əliyevin xalqını sevən və öz həyatı, hətta ailəsi belə təhlükə altında qalmasına baxmayaraq, xalqının mənafeyini öz mənafeyindən üstün görən şəxsiyyət olmasını danılmaz fakt kimi gözlər önünə qoymaqdadır. Məhz bu xarakteri səbəbilə 1993-2003-cü illər arasında xalqımızın istəyi ilə Heydər Əliyev Azərbaycan  Respublikasının Prezidenti vəzifəsini icra etmişdir. Xalqımız bununla doğru seçim etmişdir. Dövlət rəhbərliyinə gələn Heydər Əliyev özündən əvvəlki rəhbərlərin bacarıqsızlığı səbəbilə dağılmaqda olan Azərbaycan hakimiyyətini bir araya toplamış və dövləti yenidən bərpa etmişdir. Dövlətimizi xarici arenada tanıtmışdır. 2003-cü ildə səhhətində olan problemlə əlaqədar olaraq Heydər Əliyev seçiçilərə öz əvəzinə İlham Əliyevə səs vermələrini tövsiyə etmişdir. 

İlham Əliyev Ümumilli Liderdən qəbul edən dövlət rəhbərliyini çox böyük ustalıqla idarə etməklə, həm daxili, həm də xarici siyasəti nəticəsində ölkəmizi dünyanın nüfuzlu ölkələri sırasına çıxartmağı başarmışdır. Ölkəmizin bir sıra önəmli idman yarışlarına ev sahibliyi etməsi yanında, Azərbaycan bir çox uğurlu təşkilatlara üzv olmuşdur. Qoşulmama hərəkatına üzv olan dövlətimiz 2019-2020-ci illər arasında hərəkatın rəhbərliyi İlham Əliyevə həvalə edilmiş, uğurlu və ədalətli rəhbərlik nəticəsində hərəkata 2023-cü il rəhbərlik də Prezidentimizə həvalə olunmuşdur. Bunlardan əlavə təbii sərvətlər  yönündə ölkəmizin inkişafına nəzər yetirən İlham Əliyev Bakı-Tiflisi-Ceyhan boru kəmərinin çəkilməsini təşkil edərək Azərbaycan neftinin və qazının Avropaya çıxmasına şərait yaratmışdır. 

Dövlətimizin gücünü və hörmətini daha da yüksəldən Prezidentimiz həmcinin orduya da xüsusi diqqət ayırmış və Ali Baş Komandan olaraq Azərbaycan ordusuna şəxsən özü rəhbərlik etmişdir. Bunların nəticəsi olaraq 27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandanın əmri ilə “Dəmir Yumruq” adlı hərbi əməliyyat ilə Azərbaycan qoşunları öz əzəli torpaqları olan Qarabağı azad etmək üçün hücuma keçmişdir. Ali Baş Komandanın rəhbərliyi və diqqəti ilə əla hazırlanmış ordumuz cəmi 44 gün içində şanlı qələbə ilə bütün Qarabağ torpaqlarını azad etməyə nail olmuşdur. Torpaqlar azad edilmiş və erməni qoşunları torpaqlarımızdan çıxarılmışdır. Qarabağda olan separatçıların təmizlənməsi üçün isə Ali Baş Komandanın əmri ilə 2023-cü ildə cəmi 23 saat 43 dəqiqə zaman alan bir müddət ərzində Qarabağda ordumuz antiterror tədbirlərinə başlamış və Separatçıları təslim almışdır. Bunların hər biri Ali Baş Komandanımızın düzgün siyasəti və dövlətinə, orduya yetirdiyi diqqətinə görə olmuşdur. Tarix boyu bir sıra sərkərdələrə sahib olmuş Azərbaycan ordusu, bu əsrdə də İlham Əliyev kimi cəsarətli sərkərgəyə sahib olaraq yenidən mükəmməl qələbə əldə etmişdir. Bütün dünya yaxşı bilməlidir ki, Dəmir yumruq hər zaman yerindədir! Qarabağ Azərbaycandır!

Hal-hazırda Qarabağ bizimdir və orada müxtəlif tədbirlər keçirilməkdədir. Bütün bunların səbəbkarı ölkə prezidenti İlham Əliyevdir. Prezidentimiz Qarabağı azad edərək ölkəmizin görkəmli sərkərdəsi olmuş və ata vəsiyyətini yerinə yetirmişdir. O, müharibə sonrası öz çıxışında Heydər Əliyevə ünvanlanan məruzə etmişdir:

“Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev”.


Məhəmməd Kərimov

Son Xəbərlər