Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Uğur yolundakı çətinliklərin gerçək missiyası


Uğur yolundakı çətinliklərin gerçək missiyası
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Uğur yolundakı çətinliklərin gerçək missiyası

 
Həyatda  hər zaman  pis ya da yaxşı olmaqla bir sıra hadisələr ilə qarşı-qarşıya qalırıq. Təbii ki, həyatda  hər birimizin məqsədi, gerçəkləşdirmək istədiyi planları vardır. Hər birimiz istəklərimizi reallaşdırmaq üçün çalışırıq. Təbii haldır ki, məqsədlərimizə  çatmaq yolunda gördüyümüz işlərdə qarşımızda  maneələr, çətinliklər yaranmaqdadır. 

Bəs  həyatın məqsədlərimizə çatmaq yolunda qarşımıza çıxartdığı çətinliklər qarşısında nə etməli? 

Çətinlikləri dəf etmək, məqsədlərimizə çətinliklərə baxmayaraq çatmaq üçün çətinlikləri maneə olaraq düşünməməliyik,çünki belə düşüncə bizi zəiflədəcəkdir. Əksinə çətinlik anları eynilə gözəl bədən quruluşu əldə etmək üçün  edilən  uzun müddətli  və çətin idman məşqləri kimi düşünmək lazımdır. Hər kəsin bildiyi kimi idman məşqlərinə davam etdikcə və bu yolda səbr göstərildikcə bir müddətdən sonra mükəmməl bədən quruluşuna sahib oluruq. Eləcə də çətinliklərin çoxluğu və uzun müddətli olmaları bizim uğurumuza, məqsədimizə çatmaqda o qədər kömək edəcəkdir. Mövzunu belə bir fikir ilə bitirmək yerində olar: 

Neqativ halı yolumuza çıxan mane olaraq bilib ondan uzaqlaşmaq  deyil,onu özümüzə xeyirli şəkildə istifadə edərək onun neqativliyini başarımız üçün işlətmək lazımdır. Qeyd edim ki, fizika elminə əsasən yaranmış olan maddələrin təməli müsbət və mənfi yüklər əsasında var olmuşdur. Biz öz başarımız üçün müsbət enerjini yaradırıq zatən, istəyimizin var ola bilməsi üçün bəşəriyyət də mənfi sahə yaratmalıdır. Odur ki, neqativliyi, çətinliyi başarımızın yaranması üçün gərəkli olan mənfi sahə olaraq qəbul etməliyik. Əks davranışda isə neqativlik, çətinlik bizi izləyəcək və getdikcə artacaqdır. 
 
Məhəmməd Kərimov 



Son Xəbərlər