Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Yarpaq ruhunun həyat motivasiyası


Yarpaq ruhunun həyat motivasiyası
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Yarpaq ruhunun həyat motivasiyası

Həm dini, həm də elmi cəmiyyətlər arasında bilinən, amma tam anlaşılmayan bir anlayış var ki, adına ruh deyirik. Ruh (və ya mənlik qavramı, adı nə olursa-olsun) ümumi anlamda ətrafı izləyən amilə deyilir. Ruhun nə olması barəsində bir çox fərziyyələr vardır. Bəs tam olaraq Ruh nədir? Elm sahəsində bütün suallar sübut istər. Ruhun sübutu varmı? Bu mövzunu aşağıda bir necə qısa başlıqla araşdırmaq gərəkdir.
Yarpağın ruhu exspermenti: Aparılan bir təcrübədə yarpağın müəyyən hissəsində kəsim etmiş və daha sonra həmin yarpağı mikroskop altında incələnmişdir. Və şahidi olunan mənzərədə yarpağın kəsilmiş hissəsinin də görüntüsünün olduğunu müşahidə edilmişdir. Yəni, realdan kəsilmiş olan, artıq yarpaqla əlaqəsi olmayan hissənin enerji cəhətdən (ruhsal) cəhətdən hələ də yarpaqla birgə olmasıdır. Təcrübənin sübutu olaraq aşağıdakı şəklə nəzər yetirək:
 
Hüceyrə ruhu: Ruhu hüceyrəsəl anlamda incələsək, hər bir hüceyrənin ibtidai şüura sahib olduğunu və bir araya gələrək müəyyən bir orqanizm formalaşdırmağa qadir olduqları məlumdur. Hüceyrələrin ibtidai ölçüdə bir ruhu vardır. Ruhu öyrənmək istəyiriksə, o zaman hüceyrədən, yəni ən ibtidai ölçüdən başlamalıyıq. Bu anda hüceyrə bioloqu olan Bruce H.Liptonun İnancın biologiyası kitabında ruh barəsində yazdığı bir fikrini qeyd etmək önəmli olar. Fikir bu tərzdədir: “Kainatın parçalarıyıq. Hüceyrənin beyni olan hüceyrə membranı ətraf siqnallara qarşılıq verdiyində hüceyrədə hərəkətlənmələr başlayır. Əslində, vücudumuzdakı hər fəaliyyətdə olan protein ətrafda mövcud olan bir siqnalın tamamlayıcı görüntüsü olaraq yaranmışdır. Əgər, bir proteinin uyğunlaşdığı tamamlayıcı bir siqnalı yoxdursa, protein fəaliyyət göstərə bilməz. Yəni, hər şeyin mənə aydın olduğu o anda düşündüyüm kimi vücudumuzdakı hər protein ətrafdakı bir şeyin fiziksəl ya da elektromaqnit tamamlayıcısıdır.”
Bruce H.Liptonun qeyd etdiyi fikir ruhun ətraf fəza olmasını və maddəyə (yəni insanlara və ya digər canlılara) isə enerji tezlikləri səviyyəsində uyğunluq olduğunda gəldiyini bildirməkdədir. Odur ki, ruhu, yəni mənliyi bütün fəza olaraq qəbul etməliyik. Bizlər bədənlə məhdud varlıqlar deyil, kosmik canlılarıq. Vücudumuzu isə sadəcə olaraq maddi dünyaya giriş üçün istifadə etməkdəyik. Kosmik ruh olaraq bizlərin tamlığını heç kəs silə bilməz. Əksinə insanlıq mübahisə etdikcə, bir-biri ilə əks düşüncədə olduqca kosmosa neqativlik yaymaqdayıq. Bədənimiz də atomlardan oluşduğu üçün, yəni kosmosdan formalaşdığına görə həmin neqativlik yenidən həyatlarımıza öz təsirini göstərməkdədir. Hər zaman sevgi içində olmaq isə sağlamlıq göstəricisidir. 
Yarpağın ruhu təcrübəsindən də öyrəndiyimizə əsasən nə olsa da, ruhumuz, mənliyimiz tam qalmaqdadır. Həyatda hadisələr olmaqda, zamanla insanlar bu hadisələrdə müəyyən bədən üzvlərini itirməkdədirlər. Bir çox insan bu hal qarşısında depressiyaya girməkdə və həyatlarını gözlərində söndürməkdədirlər. Amma, heç də belə deyildir. Yarpağın ruhu təcrübəsi bizlərə hər hansı bədən üzvümüz olmasa belə, yenə də kosmik ruh cəhətdən tam olduğumuzu göstərməkdədir. Müəyyən bədən üzvünü itirmiş və ya müəyyən bədən üzvü olmadan dünyaya gəlmiş bir çox insanlar var ki, həyatda böyük uğurlar əldə etmişlər. Qısacası, maddi cəhətdən itirilmə ruhsal tamlığı pozmamalıdır. Bizlər Tanrıdan gəlməkdəyik və kosmosun, bütün kainatın özüyük. Özümüzü bədənlə məhdud bilməyimiz sahib olduğumuz ego səbəbindəndir. Ego “bu mənimdir” duyğusunu yaşamaqdır. Cisimlərə qarşı “bu mənimdir” duyğusunda olmaq, bizim özümüzü də istəmədən cisimlər sırasına salmışdır. Amma, tam əksidir.
 
 
 
 Mənbə: Bruce H. Liptonun “İnancın Bioligiyası” adlı kitabı.

 
 
Müəllif: Məhəmməd Kərimov.

Son Xəbərlər